11 dekabr 2023 21:19
228

Avropa İttifaqı Ermənistandakı mülki missiyasının sayını artıracaq

“Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri qurumun Ermənistandakı mülki missiyasının sayını artıracaq”.

“İki sahil” xəbər verir ki, bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel bildirib.

“Bu gün Aİ Şurası Ermənistandakı mülki missiyamızı gücləndirmək, oradakı mövcudluğumuzu 138 nəfərdən 209 nəfərə çatdırmaq qərarına gəlib”-deyə, o bildirib.