Bakıda inzibati binada yanğın olub.
“İki sahil” FHN-ə istinadən xəbər verir ki, Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 2650 m² (hər mərtəbəsi 1325 m²) olan ikimərtəbəli inzibati binanın 1-ci mərtəbəsində sahəsi 150 m² olan anbarın içərisində 1 ədəd soyuducu yanıb.
Bina yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.