11 dekabr 2023 19:17
229

Nazir: Azərbaycan iqlim dəyişikliyi ilə mübarizənin vacibliyini dərk edir

“Azərbaycan iqlim dəyişikliyi ilə mübarizənin vacibliyini dərk edir”.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev COP28-in yekun sessiyasının plenar iclasında deyib.

“Azərbaycan COP29-un keçirilməsi məsələsində BƏƏ və Braziliya ilə - COP28 və COP30-un ev sahibləri ilə sıx əməkdaşlıq edəcək”, - nazir qeyd edib.