Hazırda Azərbaycanın gömrük postlarında 1 542 yük maşını gözləmədədir.
“İki sahil” xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumata görə, bunun 250-si “Astara” gömrük postunda,50-si “Biləsuvar” gömrük postunda, 1 126-sı “Qırmızı Körpü” gömrük postunda, 55-i “Mazımqara” gömrük postunda, 61-si “Samur” gömrük postunda gözləyir, “Xanoba” gömrük postunda isə növbə yoxdur.
AYNA gömrük-keçid məntəqələrində yük maşınlarının sayı ilə bağlı daşıyıcıların davamlı məlumatlandırılması xidmətinə başlayıb. Bu da onlara səfərlərini planlayarkən gömrük postundakı mövcud vəziyyətə uyğun olaraq addım atmağa imkan yaradır.
“Qırmızı Körpü”də daha çox maşının gözləməsinə səbəb Rusiya və Gürcüstan arasındakı “Yuxarı Lars” gömrük-keçid məntəqəsində hava şəraiti ilə əlaqədar iritonnajlı və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılmasıdır. İki qonşu ölkə arasında keçməli olan bu yük maşınları hazırda Azərbaycan üzərindən hərəkətini davam etdirirlər.