Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat idarəsinə məxsus “Əlif Hacıyev” elmi-təqdiqat gəmisində tərsanə təmiri işləri aparılacaq.
“İki sahil” bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, idarə artıq bununla bağlı hazırlıqlara başlayıb. Təmir işlərinin 10 gün ərzində "Bibiheybət” Gəmi Təmiri Zavodunda həyata keçirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, “Əlif Hacıyev” gəmisi 1987-ci ildə Finlandiyanın Turku şəhərində istehsal olunaraq Azərbaycana gətirilib. Hidrometeoroloji, hidroloji və okeanoloji tədqiqatların aparılması üçün təchiz olunan gəmi Xəzər dənizinin ekoloji vəziyyətinin elmi əsaslarla öyrənilməsində mühüm rol oynayıb.
2026-2027-ci il əkin mövsümündən etibarən yerli toxumçuluğun təşviqi üçün yeni mexanizmlər tətbiq olunacaq
Ballıca və Xanyurdu kəndində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün növbəti müraciətlərin qəbuluna başlanır
Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?
“The Digital Banker” ABB-ni Azərbaycanın ən yaxşı süni intellekt əsaslı bankı seçib
Çinlə genişlənən iqtisadi əməkdaşlıq Azərbaycana hansı dividendləri qazandırır?