20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Litvanın Şaulyay şəhərində keçiriləcək Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edəcək.
Azərbaycan Voleybol Federasiyasından "İki sahil"ə verilən məlumata görə, yanvarın 3-7-də baş tutacaq yarışda ümumilikdə 6 ölkənin yığması mübarizə aparacaq.
Komandamız Latviya, Ukrayna, Litva, Estoniya və Polşa kollektivləri ilə üz-üzə gələcək.
AVRO-2024-ə seçmə xarakter daşıyan turnirin reqlamentinə əsasən, birinci yeri tutacaq kollektiv birbaşa qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.