Prezident İlham Əliyev Bakı şəhərinin Qaradağ rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı Sərəncam imzalayıb.
“İki sahil” xəbər verir ki, Sərəncama əsasən, Bakı şəhərinin Qaradağ rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin 400 min manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Maliyyə Nazirliyinə bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabineti isə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Ceyhun Bayramov Dünya İqtisadi Forumunun təşkil etdiyi qeyri-rəsmi naharda iştirak edib
Cevdet Yılmazla Azərbaycanın Türkiyədəki səfiri Ermənistanla normallaşmanı müzakirə edib
Milli Məclisin İnsan hüquqları komitəsinin payız sessiyasında ilk iclası keçirilib