10 dekabr 2023 22:45
300

Azərbaycan təmsilçisi ABŞ-dan olan basketbolçu ilə müqavilə imzalayıb

Azərbaycan Basketbol Liqasında çıxış edən "Xəzri" heyətini daha bir oyunçu ilə gücləndirib.

Klubdan “İki sahil”ə verilən məlumata görə, paytaxt təmsilçisi Aubri Makalpaynla anlaşıb.

ABŞ-dan olan basketbolçu mövsümün sonunadək komandanın uğurları üçün çalışacaq.

Qeyd edək ki, "Xəzri" daha əvvəl Makol Mavyenlə də müqavilə imzalayıb.