10 dekabr 2023 20:11
318

“Neftçi” – “Turan Tovuz” oyununda 5 qol

Misli Premyer Liqasının 16-cı turu çərçivəsində “Neftçi” “Turan Tovuz”u qəbul edib.

“İki sahil” xəbər verir ki, qarşılaşmanın 5-ci dəqiqəsində Filip Ozobiç hesabı açsa da 8-ci dəqiqədə Roderik Miller bərabərlik qolunu vurub.

52-ci dəqiqədə Rəhman Hacıyev bakılıları yenidən hesabda önə çıxarsa da 59-cu dəqiqədə Otto Con yenidən hesabı bərabərləşdirib. 73-cü dəqiqədə isə “Neftçi”nin futbolçusu Aaron Olanare oyunda son nöqtəni qoyub – 3-2.

Misli Premyer Liqası,

16-cı tur

10 dekabr

18:00. “Neftçi” 3-2 “Turan Tovuz”

Qollar: Filip Ozobiç, 5 (1:0), Roderik Miller, 8 (1:1), Rəhman Hacıyev, 56 (2:1), Otto Con, 59 (2:2), Aaron Olanare, 73 (3:2)

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Cavid Cəlilov

“Neftçi Arena”