10 dekabr 2023 17:10
282

"Sabah" "Səbail"ı darmadağın etdi

Misli Premyer Liqasının 16-cı turu çərçivəsində "Sabah" "Səbail"i qəbul edib.

“İki sahil” xəbər verir ki, qarşılaşmanın 7-ci dəqiqəsində hesabı açan Sofian Çakla 21-ci dəqiqədə özünün və komandasının ikinci qolunu vurub. 28-ci dəqiqədə fərqlənən Cesse Sekidika isə "Sabah"ın üstünlüyünü üç topa çatdırıb. 59-cu dəqiqədə fərqlənən Vinsent Til Oyunda son nöqtəni qoyub – 4-0.

Misli Premyer Liqası,

16-cı tur

10 dekabr

15:00. “Sabah” 4–0 “Səbail”

Qollar: Sofian Çakla, 7 (1-0), Sofian Çakla, 21 (2-0), Cesse Sekidika, 28 (3-0), Vinsent Til, 59 (4-0)

Hakimlər: Elçin Məsiyev, Vüsal Məmmədov, Şirmamed Mamedov, Emin Əliyev

“Bank Respublika Arena”