10 dekabr 2023 16:21
310

Hakim futbolçunu meydanda bıçaqladı

Argentinalı hakim Remihio Armoa matç zamanı futbolçunu bıçaqlayıb.

“İki sahil” "Goal.com"a istinadən xəbər verir ki, Misiones əyalətində gənclər arasında keçirilən matçda futbolçular hakimi mühasirəyə alıb və dava düşüb. Armoa bıçaqla futbolçulardan birinin sinəsinə vurub.

Komanda yoldaşları huşunu itirən oyunçunu meydandan çıxararaq xəstəxanaya aparıblar. Hazırda futbolçunun müalicə aldığı bildirilir.

Yerli polis hadisə yerindən qaçmaq istəyən hakimi saxlayıb.