10 dekabr 2023 10:58
292

"Sabah" basketbol komandası baş məşqçisi ilə vidalaşıb

"Sabah" basketbol komandası baş məşqçisi Boban Mitevlə yollarını ayırıb.

“İki sahil” xəbər verir ki,  bu barədə paytaxt təmsilçisindən məlumat verilib.

Şimali Makedoniyadan olan mütəxəssis ailə vəziyyəti ilə əlaqədar öz istəyi ilə postunu tərk edib.

"Sabah" Mitevə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.