09 dekabr 2023 16:52
471

"Kəpəz" "Qəbələ"yə qalib gəldi

Misli Premyer Liqasının 16-cı turu çərçivəsində "Qəbələ" "Kəpəz"i qəbul edib.

“İki sahil” xəbər verir ki, qarşılaşmanın 6-cı dəqiqədə Georgi Papunaşvili hesabı açıb.

Emil Səfərovun 50-ci dəqiqədə ikinci sari vərəqə alaraq meydandan qovulduğu oyunun 70-ci dəqiqəsində Adama Niane gəncəlilərin ikinci qolunu vurub. 72-ci dəqiqədə isə G.Papunaşvili özünün ikinci, komandasının üçüncü qolunu vurub.

Matç bu hesabla da başa çatıb.

Misli Premyer Liqası,

16-cı tur

9 dekabr

15:00."Qəbələ" 0-3 "Kəpəz"

Qollar: Georgi Papunaşvili, 6 (0-1), Adama Niane 70 (0-2), Georgi Papunaşvili, 72 (0:3)

Qırmızı vərəqə: Emil Səfərov, 50 ("Qəbələ")

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Kamran Əliyev

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Emin Cəfərov

Qəbələ şəhər stadionu