09 dekabr 2023 15:37
571

Azərbaycan millisində iki əcnəbi basketbolçu

Kişi basketbolçulardan ibarət Azərbaycan yığması iki əcnəbi oyunçunu milliləşdirib.

“İki sahil” xəbər verir ki, Fransa "Monako"sundan Dante Holl və Serbiya "Partizan"ından Zaq Leday millinin şərəfini qoruyacaq.

Artıq hər iki oyunçuya Azərbaycan vətəndaşlığı verilib.

Qeyd edək ki, Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv 2027-ci ildə Qətərdə keçiriləcək dünya çempionatına qatılmaq məqsədilə ilkin təsnifat mərhələsində İsveçrə, Kosovo və İrlandiya ilə eyni qrupda mübarizə aparacaq.