09 dekabr 2023 12:47
405

“Qarabağ”la oyundan sonra vəzifəsini tərk edir

"Hekken”in baş məşqçisi Per-Matias Höqmo vəzifəsindən ayrılacağını təsdiqləyib.

“İki sahil” xəbər verir ki, bu haqda İsveç klubunun saytında yayılan açıqlamada bildirilib. Məlumatda bildirilib ki, 64 yaşlı norveçli mütəxəssis “Qarabağ”a qarşı Bakıda keçiriləcək Avroliqanın oyunundan (14 dekabr) sonra bu vəzifəni tərk edəcək.

Höqmo klubun tərkibin bir hissəsi olduğu üçün təşəkkür edib.

O, 2021-ci ildən “Hekken”i çalışdırırdı. Onun karyerasını Yaponiya liqasında davam etdirəcəyi gözlənilir.