09 dekabr 2023 09:40
362

"Qəbələ" "Kəpəz"ə, "Zirə" "Araz-Naxçıvan"a qarşı

Misli Premyer Liqasında 16-cı tur davam edir.

“İki sahil” xəbər verir ki, 2-ci oyun günündə 2 matç keçiriləcək. Əvvəlcə "Qəbələ" "Kəpəz"i qəbul edəcək. Bu oyun saat 15:00-da başlayacaq.

Digər matçda isə "Zirə" evdə "Araz-Naxçıvan"la qarşılaşacaq. Oyun saat 17:00-da start götürəcək.

Qeyd edək ki, tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.

Misli Premyer Liqası,

16-cı tur

9 dekabr

15:00."Qəbələ" - "Kəpəz"

Qəbələ şəhər stadionu

17:00."Zirə" - "Araz-Naxçıvan"

Zirə İdman Kompleksinin stadionu