08 dekabr 2023 13:10
880

Sumqayıtda “Heydər Əliyev Məktəbi”nin son məşğələsi keçirilib - FOTO

Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə təşkil olunmuş “Heydər Əliyev Məktəbi”nin onuncu- son məşğələsi keçirilib. Məktəbin sonuncu məşğələsində

“İki sahil” xəbər verir ki, YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, YAP Veteranlar şurasının üzvü Zərifə Quliyeva, şəhərin fəal gəncləri arasından seçilmiş dinləyiciləri iştirak ediblər.

İlk öncə Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Əvvəlcə Ramiz Hüseynov “Ulu Öndərin siyasəti Azərbaycanın uğurlarının əsasını təşkil edir” mövzulu məruzəsini oxuyaraq, bildiribki Ölkəmizin milli dövlətçilik ənənələrinin qurulmasında və inkişafında misilsiz xidmətləri olan dahi rəhbər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti ən yeni tariximizdə müstəsna yer tutur. Yüksək insani keyfiyyətlərinə, mükəmməl dövləti idarəetmə bacarığına, xalqa xidmət mədəniyyətinə görə Heydər Əliyev dünyada nadir tarixi şəxsiyyətlər sırasındadır. Bu gün müstəqil Azərbaycan dövlətinin yaşaması, qüdrətli ölkə kimi təşəkkülü üçün ümummilli lider Heydər Əliyevə minnətdarıq. Bunu demək yerinə düşər ki,  hər bir vətəndaşımızın qəlbində əbədiyaşarlıq zirvəsini fəth etmiş Heydər Əliyev əmanət olaraq xalqımıza zəngin maddi və mənəvi dəyərlər, alternativsiz dövlətçilik konsepsiyası, siyasi və iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində olan güclü Azərbaycanı qoydu. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu strategiya bu gün ölkəmizin müstəqilliyinin daha da möhkəmlənməsi, təhlükəsizliyinin etibarlı təmin olunması, zəngin və qüdrətli dövlətə çevrilməsi  ilə nəticələnib. Bu siyasət hazırda Ulu Öndərin layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz Onun rəhbərliyi ilə davam etdirilən siyasi kurs nəticəsində Azərbaycan dövləti gündən-günə inkişaf edərək regionun liderinə çevrilib və yeni reallıq yaradıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət hər dövrdə Azərbaycanın hərtərəfli inkişafına xidmət edib, indi də etməkdədir.

YAP Veteranlar şurasının üzvü Zərifə Quliyeva “Azərbaycanı yeni minilliyə aparan qüdrətli dövlət kimi aparan lider” mövzulu məruzəsini oxudu. Zərifə Əliyeva bildirdi ki, XX əsrdə taleyin Azərbaycana bəxş etdiyi Heydər Əliyev dühası da məhz belə fenomenal liderlərdən olaraq müstəqil dövlətçilik konsepsiyasını irəli sürmüş, xalqın gələcək inkişaf yolunu müəyyənləşdirməklə əbədiyaşarlıq zirvəsinə yüksəlmişdir. Ümummilli lider Heydər Əliyev dövlət idarəçiliyinin hər iki mərhələsində bütün varlığı ilə sevdiyi Azərbaycanı çox çətin sınaq və imtahanlardan üzüağ çıxarmış, milli inkişaf prioritetlərini müəyyənləşdirmişdir.Ulu öndərin siyasi məktəbinin ən layiqli yetirmələri olan möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Mehriban xanım Əliyeva ölkəmizin adının daha yüksəkliklərə qaldırılması üçün bilik və bacarıqlarını əsirgəmirlər. İnanırıq ki, yaxın gələcəkdə Azərbaycan dünyanın inkişaf etmiş ən qüdrətli dövlətləri ilə bir cərgədə olacaq.

Sonda “Heydər Əliyev Məktəbi”nin iştirakçılarına sertifikatlar, hədiyyələr təqdim olunub və xatirə şəkli çəkdirilib.