07 dekabr 2023 18:45
383

"Bavariya"nın qarşısına şərt qoydu

"Bavariya" müdafiəçisi Alfonso Deyvis ilə yeni müqavilə imzalamaq istəyir.

“İki sahil” xəbər verir ki, bu barədə AS məlumat yayıb. Klubun 23 yaşlı futbolçu ilə hazırkı sözləşməsi 2025-ci ilə qədərdir. Lakin Münhen təmsilçisi Alfonsonu buraxmaq niyyətində deyil. Deyvis isə müqaviləni yeniləmək üçün "Bavariya"nın qarşısına şərt qoyub. O, klubdan illik 15 milyo avro maaş tələb edib.

Həmçinin "Bavariya" Alfonsoya görə "Real" ilə də mübarizə aparmalı olacaq. Çünki Madrid təmsilçisi futbolçunu transfer etməkdə israrlıdır. O, "Real"ın əsas hədəfidir.

Əgər "Bavariya" Deyvisin maaş tələbini qarşılayarsa və təəflər müqavilə imzalayarsa, Alfonso klubda ən çox məvacib alan futbolçulardan birinə çevriləcək.

Qeyd edək ki, Deyvis bu mövsüm Bundesliqada 11 oyuna çıxıb və 3 qolun ötürməsini verib.