“Palmeyras” ardıcıl ikinci dəfə Braziliya çempionu olub.
“İki sahil” xəbər verir ki, komanda “Kruzeyro” ilə səfər matçında heç-heçə edərək bunu bacarıb.
"Kruzeyro" - "Palmeyras" - 1:1
Qollar: Endrik, 22 (0:1), Nikan, 81 (1:1)
Bu nəticədən sonra "Palmeyras" 70 xalla çempion adına yiyələnib. 2-ci yerdə qərarlaşa və 1 oyunu qalan "Atletiko Mineyro"nun 66 xalı var.
"Palmeyras" tarixində 12-ci dəfə Braziliya çempionu olub.
Qeyd edək ki, "Santos" isə tarixində ilk dəfə B seriyasına düşüb.