06 dekabr 2023 18:30
372

Premyer Liqa: "Şeffild Yunayted"in yeni baş məşqçisi bəlli olub

Kris Vilder yenidən “Şeffild Yunayted”ə rəhbərlik edəcək.

“İki sahil” xəbər verir ki, 56 yaşlı mütəxəssis Premyer Liqa klubu ilə 2025-ci ilin yayına kimi müqavilə imzalayıb.

2016-2021-ci illərdə Şeffild təmsilçisinə rəhbərlik etmiş 58 yaşlı ingilisi çətin vəzifə gözləyir. Hazırda Premyer Liqanın turnir cədvəlində sonuncu pillədə olan komanda 14 matçdan sonra cəmi 5 xal toplaya bilib.

Qeyd edək ki, “Şeffild Yunayted” bu axşam öz meydanında “Liverpul”u qəbul edəcək.