06 dekabr 2023 09:29
335

25 sabiq oyunçu İngiltərə Futbol Assosasiyasını məhkəməyə verdi

25 sabiq futbolçu, o cümlədən Premyer Liqada çıxış etmiş 3 futbolçu İngiltərə Futbol Assosasiyasını məhkəməyə verib.

“İki sahil” xəbər verir ki, bu barədə "Daily Mail" məlumat ayıb. Onlar FA-nı travmatik beyin zədələrindən kifayət qədər müdafiə etməməkdə ittiham edərək məhkəməyə verib. İlk məhkəmə iclası 2024-cü ilin yanvar ayının 16-sına təyin edilib.

Kompensasiya istəyən bütün oyunçular xroniki travmatik ensefalopatiya və beyin sarsıntısı sindromu kimi daimi nevroloji zədələrdən əziyyət çəkirlər. Bu futbolçuların adları açıqlanmayıb.

Məlumata görə, futbolçuların əksəriyyətinin 60-70 yaşı var, çünki bu zaman artıq onların səhhətində problemlər yaranıb. Bununla belə, iddiaçılar arasında 30 yaşından problem yaşamağa başlayan gənc oyunçular da var.