Kiyev "Dinamo"sunun sabiq baş məşqçisi Mirça Luçesku tezliklə karyerasını bərpa edə bilər.
"İki sahil" PRO TV-yə istinadən xəbər verir ki , "Lion" rumıniyalı mütəxəssislə maraqlanır. Fransa təmsilçisinin onunla danışıqlar apardığl vurğulanıb. Klub baş məşqçi ilə bağlı son qərarı gələn çərşənbə axşamı "Marsel"lə derbidən sonra verəcək.
"Lion" Liqa 1-in turnir cədvəlində sonuncu yerdədir. Klub baş məşqçi Fabio Qrosso ilə yolları ayırıb.
Xatırladaq ki, Luçesku noyabrda "Dinamo"nun baş məşqçisi vəzifəsindən istefa verib.