Uruqvaylı hücumçu Luis Suares "Atletiko"da oynaması ilə bağlı xatirələrini bölüşüb.
"İki sahil" "İnfobae"yə istinadən xəbər verir ki, o, Madrid təmsilçisinə keçidinin sabiq klubu "Barselona"dan qisas almasına imkan verdiyini deyib:
"İçimdən bir səs mənə "Atletiko"ya getməli olduğumu söylədi. Sonradan bu qərar mənə "Barselona"dan qisas almağa imkan verdi. La Liqada Suaresin hələ də var olduğunu hər kəsə göstərə bildim" .
Qeyd edək ki, Luis "Atletiko"da 2 mövsümdə (2020/2021,2021/2022) 83 matçda 34 qol vurub və 5 qolun ötürməsini verib.