04 dekabr 2023 15:14
403

Azərbaycanın daha bir paracüdoçusu Qran-pridə medal qazanıb

Azərbaycanın daha bir paracüdoçusu Namiq Abaslı Yaponiyanın paytaxtı Tokioda gerçəkləşən Qran-pridə medal qazanıb.

“İki sahil” xəbər verir ki, 73 kq çəki dərəcəsində yer alan idmançı J2 kateqoriyasında çıxış edib.

N.Abaslı özbəkistanlı Feruz Sayıdova qalib gələrək bürünc mükafata sahib çıxıb.

Qeyd edək ki, daha əvvəl Vüqar Şirinli (60 kq) və Şəhanə Hacıyeva (48 kq) gümüş medal əldə ediblər.