Bu gün Misli Premyer Liqasında 15-ci tura yekun vurulacaq.
“İki sahil” xəbər verir ki, son oyun günündə 1 matç keçiriləcək. "Qarabağ" "Qəbələ"ni qəbul edəcək. Görüş saat 19:30-da başlayacaq.
Qeyd edək ki, "Qarabağ" hazırda 29 xalla 1-ci, "Qəbələ" 11 xalla 9-cu pillədə qərarlaşıb.
Misli Premyer Liqası,
15-ci tur
4 dekabr (bazar ertəsi)
19:30. “Qarabağ” – “Qəbələ”
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Zöhrab Abbasov, Rəşad Əhmədov
Tofiq Bəhramov adına Respublika Stadionu
3 dekabr (bazar)
“Neftçi” 1–0 “Zirə”
“Kəpəz” 0–2 “Sabah”
2 dekabr (şənbə)
“Turan Tovuz” 2–2 “Sumqayıt”
“Araz-Naxçıvan” 1–1 “Səbail”