03 dekabr 2023 13:43
298

Azərbaycan cüdoçusu Tokioda Böyük Dəbilqənin bürünc medalını qazanıb

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Tokioda keçirilən Böyük Dəbilqənin bürünc medalını qazanıb.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Yaponiyanın paytaxtında təşkil olunan turnirin ikinci günündə kişilər arasında 100 kq çəki dərəcəsində yarışan Zelim Kotsoyev üçüncü yer uğrunda mübarizədə İtaliya təmsilçisi Qennaro Pirelli üzərində qələbə qazanaraq bürünc medal əldə edib.