03 dekabr 2023 02:38
280

3 ay oynamayacaq

Ansu Fatinin son durumu açıqlanıb.

“İki sahil” xəbər verir ki, o, uzun müddət futbol oynaya bilməyəcək. “Brayton”un hücumçusu İngiltərə çempionatının “Nottingem Forest” ilə son oyununda (3:2) zədələnmişdi. İspaniyalı futbolçu bu səbəbdən 3 ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, transfer hüququ “Barselona”ya məxsus olan Fati “Brayton”da icarə qaydası ilə oynayır. 21 yaşlı futbolçu hazırkı komandasında 14 oyuna 4 qol vurub.