02 dekabr 2023 21:54
345

Avropada bir çox oyuna qar əngəli

Avropa Liqalarında bu gün oynanılmalı olan bir çox matç güclü qar və əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb.

“İki sahil” xəbər verir ki, Bundesliqanın 13-cü turunun bu gün üçün nəzərdə tutulan "Bavariya" - "Union" oyunu güclü qar səbəbindən oynanılmayıb.

Bu gecə İngiltərə Premyer Liqasında "Nyukasl"la qarşılaşacaq "Mançester Yunayted"in uçuşu ləğv edilib. Bu səbəbdən "qırmızı şeytanlar" matça avtobusla getməli olub.

Avstriyada "Zalsburq" - "Rapid" və İsveçrədə isə "Sürix"in görüşü də qar yağması səbəbindən təxirə salınıb.

Şotlandiya Liqasında bu gün oynanılması nəzərdə tutulan "Livinqston" - "Ross Koutni" qarşılaşmasının əlverişsiz hava şəraiti səbəbindən keçirilməyəcəyi açıqlanıb.

Bu matçlarla yanaşı, Avropada da bir çox oyunlar da eyni səbəbindən təxirə salınıb.