Misli Premyer Liqasının 15-ci turu çərçivəsində “Turan Tovuz” “Sumqayıt”ı qəbul edib.
“İki sahil” xəbər verir ki, qarşılaşmanın 6-cı dəqiqəsində Elvin Bədəlov hesabı açıb. 35-ci dəqiqədə isə Roi Kehat qonaqların üstünlüyünü iki topa yüksəldib.
Oyunun 49-ci dəqiqəsində Luis Paçu buraxılan qollardan birinin əvəzini çıxıb. 54-cü dəqiqədə isə Otto Con “Turan Tovuz”un bərabərlik qolunu vurub.
Yarış bu hesabla da başa çatıb.
Misli Premyer Liqası,
15-ci tur
2 dekabr (şənbə)
18:30. “Turan Tovuz” 2–2 “Sumqayıt”
Qollar: Elvin Bədəlov, 6 (0-1), Roi Kehat, 35 (0-2), Luis Paçu, 49 (1:2), Otto Con, 54
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Asiman Əzizli, Emin Əliyev
Tovuz şəhər stadionu