02 dekabr 2023 18:00
329

“Araz-Naxçıvan” qələbə hesabını qoruya bilmədi

Misli Premyer Liqasının 15-ci turu çərçivəsində "Araz-Naxçıvan" "Səbail"i qəbul edib.

“İki sahil” xəbər verir ki, qarşılaşmanın 18-ci dəqiqəsində Kadiri Mohammed hesabı açıb.

90+3-cü dəqiqədə isə Numan Kurdiç topu öz qapısından keçirərək “Səbail”in bərabərlik qolunun müəllifi olub.

Misli Premyer Liqası,

15-ci tur

2 dekabr (şənbə)

16:00. “Araz-Naxçıvan” 1–1 “Səbail”

Qollar: Kadiri Mohammed, 18 (1:0), Numan Kurdiç, 90+3-avtoqol (1:1)

Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Rəhman İmami, Kamran Əliyev

“Dalğa Arena”