01 dekabr 2023 16:13
304

Türk futbolçu Fransa klubunun tarixinə düşdü

"Lill"in futbolçusu Yusuf Yazıçı Fransa klubunda rekorda imza atıb.

“İki sahil” xəbər verir ki, türkiyəli hücumçu UEFA Avropa Liqasının qrup mərhələsində "Olimpiya" (Sloveniya) ilə matçda qol vuraraq bu uğuru əldə edib.

2:0 hesabı ilə qalib gəldikləri matçın 75-ci dəqiqəsində Yusuf komandasının 2-ci qolunu vurub. Türkiyə millisinin üzvü  "Lill"in heyətində avrokuboklarda ən çox qol vuran oyunçu olub. Onun aktivində 10 qol var.

Qeyd edək ki, 2019-cu ildən "Lill"də çıxış edən 25 yaşlı futbolçu bu müddətdə həm də SSKA (Moskva) və "Trabzonspor"da  icarə əsasında çıxış edib.