30 noyabr 2023 16:00
296

Azərbaycan Kuboku: II təsnifat mərhələsi başa çatıb, "Qəbələ"nin rəqibi bəlli olub

Futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinə yekun vurulub.

“İki sahil” xəbər verir ki, son olaraq daha iki qarşılaşma baş tutub.

"Şamaxı" səfərdə "Zaqatala"nı 1:0 hesabı ilə üstələyib. Komanda 1/8 finalda "Səbail"lə üz-üzə gələcək.

Digər görüşdə isə "İmişli" evdə "Mingəçevir"i eyni hesabla məğlubiyyətə uğradıb. I Liqa təmsilçisi növbəti raundda "Qəbələ"yə rəqib olub.

Qeyd edək ki, daha əvvəl "Karvan", "İrəvan", MOİK, "Səbail", "Turan Tovuz", "Qaradağ Lökbatan, "Kəpəz", "Araz-Naxçıvan" və "Sumqayıt" 1/8 finala vəsiqə qazanıblar.