30 noyabr 2023 14:41
285

"Barselona" Pedriyə görə 5 milyon avro ödəyəcək

"Barselona" futbolçusu Pedriyə görə oyunçunun sabiq "Las Palmas"a 5 milyon avro ödəyəcək.

"İki sahil" AS-a istinadən xəbər verir ki, buna səbəb 21 yaşlı yarımmüdafiəçinin Kataloniya təmsilçisində 100-cü oyununa çıxmasıdır.  Beləliklə, transfer bonusları ilə bağlı "Las Palmas"la müqavilənin sonuncu bəndi aktivləşib. Çünki həmin müqavilədə futbolçu 100 oyuna çatacağı təqdirdə 5 milyon avro ödənilməsi ilə bağlı bənd yer almışdı.

Qeyd edək ki, Pedri 2020-ci ilin yayında 5 milyon avroya "Las Palmas"dan "Barselona"ya keçib.