30 noyabr 2023 08:12
324

"Qarabağ" "Molde"yə qarşı

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində 5-ci turun oyunları keçiriləcək.

“İki sahil” xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" qrupda əsas rəqibi olan "Molde" ilə Norveçdə qarşılaşacaq.

Oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Bu görüş 6 xalı olan hər iki komanda üçün qrupdan çıxmaq baxımından çox vacibdir.

"Qarabağ"la "Molde"nin qrupun ilk turunda Bakıda keçirdikləri matçında Ağdam təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.

H qrupunun digər oyununda "Hekken" (İsveç) "Bayer"i (Almaniya) qəbul edəcək.

30 noyabr

UEFA Avropa Liqası

Qrup mərhələsi, 5-ci tur

00:00."Molde" (Norveç) - "Qarabağ" (Azərbaycan)

Baş hakim: Erik Lambrexts (Belçika) 

00:00. "Hekken" (İsveç) - "Bayer" (Almaniya)