29 noyabr 2023 23:40
364

"Qalatasaray" İstanbulda "Mançester Yunayted"lə heç-heçə edib

UEFA Çempionlar Liqasının qrup mərhələsində V turun oyunları keçirilib.

“İki sahil” xəbər verir ki,  A qrupunda "Qalatasaray" (Türkiyə) İstanbulda İngiltərənin "Mançester Yunayted" (İngiltərə) komandasını sınağa çəkib.

Türkiyənin turnirdəki yeganə təmsilçisi ilə "qırmızı şeytan"ların oyunu çox gərgin keçib. Qarşılıqlı hücum şəraitində keçən oyunda azarkeşlər 6 qol görüb.

Yekunda tərəflər hərəyə bir xalla meydandan ayrılıblar.

A qrupu

21:45. "Qalatasaray" - “Mançester Yunayted” 3-3

Qol: Qarnaço 11, B.Fernandes 18, Ziyeç 29;62, Maktominey 55, Aktürkoğlu 71