Asiya Çempionlar Liqasında keçirilən “Əl-Nəssr” - “Persepolis” matçında meydan sahiblərinin ulduz futbolçusu Kriştiano Ronaldo diqqət mərkəzinə düşüb.
“İki sahil” xəbər verir ki, qarşılaşmanın 2-ci dəqiqəsində portuqaliyalı futbolçu cərimə meydançasının daxilində yıxılıb.
Bu zaman oyunun baş hakimi İran klubunun qapısına penalti təyin edib. Ronaldo isə hakimə yaxınlaşaraq cərimə meydançasının daxilində özünə qarşı rəqib futbolçu tərəfindən müdaxilə edilmədiyini, bu səbəbdən penaltinin olmadığını bildirib.
Nəticədə referi penalti qərarından daşınıb.
Bakıda FIFA U-15 dünya çempionatının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib
Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib - Yenilənib
AMADA nümayəndələri “Fəaliyyətin keyfiyyəti və innovasiya” mövzusunda beynəlxalq vebinarda iştirak ediblər