27 noyabr 2023 18:07
291

“Kəpəz”in idman direktoru klubdan ayrılıb

“Kəpəz”in idman direktoru Mehman Allahverdiyev klubdan ayrılıb.

“İki sahil” xəbər verir ki, bu barədə 63 yaşlı mütəxəssis özü məlumat verib.

O bildirib ki, idman direktoru vəzifəsini tərk edib. Lakin veteran futbolçu hələ ki, Gəncə təmsilçisinin İdarə Heyətinin üzvü kimi işini davam etdirdiyini vurğulayıb.

Qeyd edək ki, Mehman Allahverdiyev 2022-ci ilin yayında “Kəpəz”in idman direktoru vəzifəsinə təyin olunmuşdu.