27 noyabr 2023 15:33
311

Türkiyə klubunun baş məşqçisi istefa verib

Türkiyənin "Kasımpaşa" komandasının baş məşqçisi Kemal Özdeş istefa verib.

"İki sahil" klubun rəsmi saytına istinadən xəbər verir ki, 53 yaşlı mütəxəssis ötən gün "Konyaspor"a 0:2 hesabı ilə uduzduqları matçdan sonra vəzifəsindən ayrılıb.

Qeyd edək ki, 2016-cı ildə də İstanbul təmsilçisinə rəhbərlik etmiş Kemal Özdeş cari ilin aprelində yenidən komandaya qayıtmışdı.