26 noyabr 2023 11:53
319

İngiltərə Premyer Liqasında mövsümün rekordu qırılıb

İngiltərə Premyer Liqasında mövsümün driblinq rekordu qırılıb.

“İki sahil” xəbər verir ki, bunu “Mançester Siti”nin futbolçusu Ceremi Doku XIII turda “Liverpul”la oyunda reallaşdırıb.

Belçikalı hücumçu 1:1 hesabı ilə başa çatan görüşdə 11 driblinqlə yadda qalıb.

Doku, həmçinin, son 8 mövsümdə “şəhərlilər”in heyətində bu saya çatan ilk oyunçudur. Eyni zamanda, o, 2006/2007 mövsümündən bəri “Liverpul”la görüşdə 11 uğurlu driblinqə imza atan birinci futbolçudur.

Qeyd edək ki, 21 yaşlı forvard cari mövsüm “Mançester Siti”nin heyətində 15 oyunda 3 qol vurub, 6 məhsuldar ötürmə verib.