26 noyabr 2023 02:52
422

Şenol Günəş Azərbaycan millisinin baş məşqçisi ola bilər

“Beşiktaş”dan ayrılan Şenol Günəş Azərbaycan millisini çalışdıra bilər.

T“İki sahil” Sporx.com-a istinadən xəbər verir ki, Canni De Byazinin istefasından sonra yeni baş məşqçi axtarışında olan Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) rəhbərliyinin namizədləri arasında Şenol Günəş də var.

Qeyd edək ki, 71 yaşlı mütəxəssis 2002-ci ildə Türkiyə millisi ilə dünya çempionatında 3-cü yeri tutub.