26 noyabr 2023 01:01
270

86 illik seriya davam etdi

Premyer Liqada son illərə damğasını vuran “Mançester Siti” – “Liverpul” rəqabətində “şəhərlilər” uzun müddətdir ki, liqada ardıcıl iki dəfə rəqibini məğlub edə bilmir.

“İki sahil” "Beinsports"a istinadən xəbər verir ki, sonuncu dəfə 86 il əvvəl liqada ardıcıl 2 dəfə rəqibini məğlub etməyi bacaran "Mançester Siti" komandası bugünkü matçda “Liverpul”la 1:1 hesablı heç-heçə edib və bu seriyanı bitirə bilməyib.

Qeyd edək ki, sonuncu dəfə 1937-ci ildə “Mançester Siti” ardıcıl iki dəfə “Liverpul”u məğlub etməyi bacarıb.