25 noyabr 2023 17:51
288

“Qəbələ” üç xalı 4 qolla qazandı

Misli Premyer Liqasının 14-cü turu çərçivəsində “Qəbələ” “Turan Tovuz”u qəbul edib.

“İki sahil” xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan qarşılaşmanın 42-ci dəqiqəsində Bilel Auaşeriya hesabı açıb. O, 49-cu dəqiqədə dubulunu reallaşdırıb. 53-cü dəqiqədə isə Samuel Tetteh “Qəbələ”nin üstünlüyünü üç topa çatdırıb – 3-0.

Oyunda son nöqtəni Bilal Auaşeriya qoyub. 85 dəqiqədə fərqlənən futbolçu özünün üçüncü, komandasının dördüncü qolunu vurub.

Misli Premyer Liqası,

14-cü tur

25 noyabr (şənbə)

16:00. “Qəbələ” 4–0 “Turan Tovuz”

Qollar: Bilal Auaşeriya, 42 (1-0), 49 (2-0), Samuel Tetteh, 53 (3-0), Bilal Auaşeriya, 85 (4-0)

Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Şirmamed Mamedov, Kamran Əliyev

Qəbələ şəhər stadionu