"Adana Demirspor"un futbolçusu Mario Balotelli avtoqəza keçirib.
“İki sahil” xəbər verir ki, hadisə İtaliyanın Breşiya şəhərində baş verib. İdarəetməni itirən futbolçunun maşını səkiyə çırpılıb.
İtaliyalı hücumçu xəstəxanaya aparılıb. Lakin onun ciddi xəsarət almadığı məlum olub.
Yerli polis Balotellini alkoqol testindən keçirməyə çalışsa da, 33 yaşlı futbolçu bundan imtina edib.