23 noyabr 2023 18:28
321

İkardi komanda ilə məşqlərə qayıtdı

"Qalatasaray"ın futbolçusu Mauro İkardi komanda ilə məşqlərə başlayıb.

"İki sahil" Türkiyə mətbuatına istinadən xəbər verir ki, argentinalı hücumçu məşq zamanı yaxşı əhval-ruhiyyəsi ilə diqqət çəkib.

Qeyd edək ki, M.İkardi bir müddət idi zədədən əziyyət çəkirdi. O, matçlara iynə vurduraraq çıxırdı.

Xatırladaq ki, M.İkardi bu mövsüm Superliqda 12 matçda 10 qol vurub, 2 qolun ötürməsini verib.