22 noyabr 2023 17:15
315

Fərid Qayıbov Banqladeşə səfər edib

Gənclər və idman naziri Fərid Qayıbov Banqladeş Xalq Respublikasında səfərdədir.

“İki sahil” xəbər verir ki, nazir səfər çərçivəsində Banqladeşin gənclər və idman naziri Zahid Ahsan Russel ilə görüşüb.

İki ölkə arasında gənclər və idman sahələrində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.

Həmçinin ölkələr arasında təcrübə mübadiləsinin gələcək perspektivləri müzakirə edilib.