Almaniya millisi 2023-cü ildə 6-cı məğlubiyyətini alıb.
“İki sahil” xəbər verir ki, komanda ötən gün yoldaşlıq görüşündə Avstriyaya uduzub (0:2). Bu isə yığma tarixinin antirekordunun təkrarıdır.
Almaniya 2018-ci ildə bir təqvim ilində 6 oyunda məğlub olmuşdu. Almaniya millisi 2023-cü ildə 11 görüş keçirib və 6 matçda uduzub. Bununla da komanda antirekordu təkrarlayıb.
Qeyd edək ki, Yulian Nagelsmanın komandası Avro-2024-ün seçmə mərhələsində iştirak etmir. Buna səbəb isə ölkənin Avro-2024-ün əsas mərhələsinin ev sahibi olmasıdır.