21 noyabr 2023 23:34
300

"Qalatasaray"dan 100 milyonluq transfer

Türkiyənin "Qalatasaray" klubu heyətinə yeni futbolçular qatmağa hazırlaşır.

“İki sahil” xəbər verir ki, İstanbul təmsilçisi qış transfer dövründə 3 məşhur adla güclənmək niyyətindədir.

Belə ki, "Cim-bom" "Tottenhem"dən Rodriqo Bentankur, "Arsenal"dan Tomas Partey və "Lester Siti"dən Vilfrid Ndidini rənglərinə bağlamaq üçün hərəkətə keçib. Məlumata görə, GS rəhbərliyi üç oyunçu üçün 100 milyon avrosundan keçməyə hazırdır.

"Qalatasaray" adları çəkilən futbolçular üçün danışıqlara başlayıb.