20 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Pakistan İslam Respublikasının Milli İdarəçilik Kursunun iştirakçıları ilə görüşüb.
“İki sahil” xəbər verir ki, görüşdə ölkələrimiz arasında dostluq münasibətləri və yüksək səviyyəli strateji tərəfdaşlıqdan məmnunluq ifadə edilib, bütün sahələrdə olduğu kimi, enerji sahəsində də əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb.
Görüş çərçivəsində SOCAR-ın uzunmüddətli strateji hədəflərindən bəhs edilib, regional və qlobal enerji layihələri haqqında məlumat verilib. Neft və neft məhsullarının ticarəti, təbii qaz infrastrukturunun inkişafı və maye təbii qaz (LNG) təchizatı üzrə müzakirələr aparılıb.
Görüşdə, həmçinin SOCAR ilə Pakistan şirkətləri arasında insan resursları sahəsində təcrübə mübadiləsi üzrə mümkün əməkdaşlıq imkanları nəzərdən keçirilib, rəqəmsallaşma, dekarbonizasiya, ədalətli enerji keçidi, neft-qaz sənayesində dayanıqlılıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bakı Ali Neft Məktəbi vakant kafedra müdiri vəzifəsinin tutulması üçün müsabiqə elan edir
“SOCAR Türkiyə” “GAMA Enerji”nin Həmdövrəli buxar-qaz turbin tipli Elektrik Stansiyasını satın alıb
Bakı Ali Neft Məktəbi ilə “Nobel Energy” şirkətlər qrupu arasında əməkdaşlıq imkanları müzakirə edilib