20 noyabr 2023 14:49
365

AVF rəsmisi Avropa Voleybol Konfederasiyasından yeni təyinat alıb

Azərbaycan Voleybol Federasiyasının (AVF) baş koordinatoru Zöhrab Gözəlbəyli Avropa Voleybol Konfederasiyasından yeni təyinat alıb.

AVF-dən “İki sahil”ə verilən məlumata görə, o, kişi voleybolçular arasında Çelenc Kubokunun 1/16 final matçının supervayzeri olacaq.

Federasiya rəsmisi noyabrın 21-də “Xarı Bülbül" (Şuşa) və Yunanıstanın “Panatinaikos” komandaları arasında Bakıda keçiriləcək qarşılaşmada hakimlərin işinə qiymət verəcək.

Görüşün hakimləri türkiyəli Ramazan Cevik və monteneqrolu Jelena Mitroviç olacaqlar.