20 noyabr 2023 09:59
295

"Barselona"da şok itki

"Barselona" ciddi itki ilə üzləşib.

“İki sahil” "Diario AS"a istinadən xəbər verir ki, Qavi İspaniya millisinin heyətində Avro-2024-ün seçmə mərhələsində Gürcüstana qarşı matçda zədələnib və meydanı erkən tərk etmək məcburiyyətində qalıb. Çarpaz bağları qopan 19 yaşlı yarımmüdafiəçinin 6-8 ay yaşıl meydanlardan kənar qalacağı gözlənilir.

Qeyd edək ki, İspaniya sözügedən görüşdə Gürcüstana 3:1 hesabı ilə qalib gəlib.